Orqanizmin susuz qaldığını göstərən siqnallar: Daha çox su içməyin yolları açıqlandı

Orqanizmin susuz qaldığını göstərən siqnallar: Daha çox su içməyin yolları açıqlandı
27.07.2026 06:55 Sağlamlıq

Mütəxəssislər gündəlik kifayət qədər su qəbulunu asanlaşdıran 5 sadə vərdiş tövsiyə ediblər. 

TodayPress TV xəbər verir ki, onların sözlərinə görə, böyüklər gün ərzində təxminən 8-12 stəkan maye qəbul etməlidirlər.

Tövsiyələrə sevimli su qabını daim yanında saxlamaq, su içməyi gündəlik vərdişlərlə əlaqələndirmək, adi su əvəzinə qazlı və ya meyvəli su seçmək, telefonda xatırlatmalar qurmaq və rasiona su tərkibi yüksək olan qidalar - xiyar, qovun və yoqurt əlavə etmək daxildir.

Mütəxəssislər bildirirlər ki, kifayət qədər maye qəbulu orqanizmin normal fəaliyyəti, beyin funksiyası və bədən temperaturunun tənzimlənməsi üçün vacibdir.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər