“Bunu saxlamaq çox vacibdir”: Luka Donçiçdən nümunəvi hərəkət!
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında “Los-Anceles Leykers” və “Atlanta Houks” arasındakı matçdan sonra maraqlı epizod yaşanıb (124:114).
TodayPress TV xəbər verir ki, “Leykers” ulduzu, sloveniyalı oyun qurucusu Luka Donçiç matçdan sonra topu götürərək bunu karyerasında ilk xallarını qazanan amerikalı debutant Kameron Karra hədiyyə edəcəyi ilə izah edib.
“Hər kəs liqadakı ilk dəqiq zərbəsini xatırlamaq istəyir. Bu topu saxlamaq istəyirsən, ona görə də onu götürmək mənim üçün vacib idi”, – deyə Donçiç matçdan sonrakı müsahibəsində bildirib.
Xatırladaq ki, bundan əvvəl Donçiç “Atlanta” azarkeşləri ilə mübahisəyə də girmişdi.
Namiq HUN
ABŞ Milli Basketbol Assosiasiyası (NBA)
“Los-Anceles Leykers” və “Atlanta Houks” arasındakı matçdan sonra maraqlı epizod yaşanıb (124:114).
“Atlanta Houks”
Namiq HUN
TodayPress TV