Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə birgə saziş imzalayıblar
Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
TodayPress TV xəbər verir ki, sənəd Antalyada keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində imzalanıb.
Sazişi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.
Saziş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizinin inkişafını, regional enerji bağlantılarının gücləndirilməsini və ötürmə marşrutlarının şaxələndirilməsini nəzərdə tutur.
Sənəd çərçivəsində təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı, təhlükəsiz və fasiləsiz enerji nəqli üçün zəruri şəraitin yaradılması, həmçinin layihə üzrə fiber-optik rabitə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq həyata keçiriləcək.
Qiymət Mahir