Karyerasında yeni səhifə: Oskar Piastri menecmentini dəyişdi!

Karyerasında yeni səhifə: Oskar Piastri menecmentini dəyişdi!
10.11.2026 16:25 İdman

Avstraliyalı “Formuda-1” sürücüsü Oskar Piastri sabiq pilot Mark Uebber və onun həyat yoldaşı Ennlə əməkdaşlığı dayandırmaq qərarını heç bir təzyiq olmadan, tamamilə sərbəst şəkildə qəbul edib. Həmin şəxslər vaxtilə onun meneceri funksiyasını yerinə yetirirdilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” nəşri məlumat yayıb.

Bildirilib ki, “Maklaren” heç vaxt rəsmi olaraq Piastridən menecmentini dəyişməyi xahiş etməyib. Pilotun özü yaxın ətrafının fikrini dinlədikdən sonra karyerasının növbəti mərhələsində ona hansı dəstəyin lazım olduğu barədə şəxsi mövqeyini formalaşdırıb.

Bununla yanaşı, Uebberin avstraliyalının işlərində aktiv iştirakdan uzaqlaşmaq qərarı hələ 2026 ilin əvvəlində qəbul edilmişdi. O, əsasən pərdəarxası işlərlə məşğul olmalı və yarış həftəsonlarında paddokda daha nadir hallarda görünməli idi. Nəşr qeyd edir ki, məhz bu amil əməkdaşlığa son qoyulması istiqamətində atılan ilk addım olub.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər