Körfəz ölkələri Küveytdə vahid hərbi qərargah yaradır

Körfəz ölkələri Küveytdə vahid hərbi qərargah yaradır
10.11.2026 16:37 Dünya

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki,  bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birgə Müdafiə Şurasının 23-cü iclasından sonra açıqlanıb. Görüşdə üzv ölkələrin müdafiə nazirləri iştirak ediblər.

Qərargahın strukturu və orada yerləşdiriləcək qüvvələrin sayı barədə hələlik əlavə məlumat verilməyib.

Qeyd edək ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir. Şuranın vahid hərbi komandanlığı 2013-cü ilin dekabrında Küveytdə keçirilən sammitdə yaradılıb. Onun əsas məqsədi birgə hərbi əməliyyatları planlaşdırmaq və idarə etmək, üzv ölkələrin müdafiə imkanlarını gücləndirməkdir.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər