İranın yeraltı raket arsenalının yeni görüntüsü yayıldı

İranın yeraltı raket arsenalının yeni görüntüsü yayıldı
10.11.2026 17:20 Dünya

İran SEPAH-ın yeni raket bazasını nümayiş etdirib. 

TodayPress TV xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus yeni raket şəhərinin təqdimat mərasimi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahinin və SEPAH Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvinin iştirakı ilə keçirilib.

Təqdimat zamanı müxtəlif növ ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış qurğuları nümayiş etdirilib.

Qeyd edək ki, bundan əvvəl SEPAH sözçüsü Hüseyn Mohebi İranın raket istehsalı üçün yeraltı şəhər yaratdığını açıqlamışdı.


XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər