Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin 4 il ərzində tamamlanmasını planlaşdırırıq

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin 4 il ərzində tamamlanmasını planlaşdırırıq
10.11.2026 15:57 Gündəm

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin gələcək perspektivləri və tikinti işlərinin gedişi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, COP31 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, dəhlizin ABŞ tərəfindən inşa edilməsi nəzərdə tutulur. Azərbaycan tərəfində isə işlərin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib.

“Zəngəzur dəhlizi ABŞ tərəfindən inşa ediləcək. Davamında Azərbaycan tərəfindəki işləri də artıq başa çatdırmaq üzrəsiniz. Biz də bu işləri izləyirik. Planlarımızı elə qururuq ki, dörd ildən sonra dəhliz bütövlükdə tamamlanaraq istifadəyə verilsin. İndidən xeyirli-uğurlu olsun”, – deyə Uraloğlu bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər