6 yaşlı azərbaycanlı istedad Avstriyada hər kəsi heyran etdi!
Avstriyanın Qraz şəhərində yerləşən “BLOC House Graz” İdman Dırmanma Mərkəzində “MEISTERSCHAFT KIDS 2026” beynəlxalq yarışı keçirilib.
TodayPress TV xəbər verir ki, idman dırmanmasının boulderinq növü üzrə 7–8 noyabr tarixlərində təşkil olunan yarışda Azərbaycanı “Shusha Climbers” klubunun üzvü, 6 yaşlı Selin Tağızadə təmsil edib.
U-9 (2018–2019-cu il təvəllüdlü idmançılar) yaş kateqoriyasında mübarizə aparan Selin Tağızadə yarış zamanı 2 top və 4 zona nəticəsi göstərib. İdmançımız bu göstərici ilə Avstriya və Bolqarıstan təmsilçilərini qabaqlamağa nail olub.
Yarışın sonunda Selin Tağızadəyə iştirakçı sertifikatı təqdim edilib.
Bu turnir 6 yaşlı idmançımızın beynəlxalq arenada ilk yarış təcrübəsi kimi yadda qalıb. Selin Tağızadənin beynəlxalq yarışda iştirakı onun idman karyerasında mühüm addım olmaqla yanaşı, Azərbaycanda idman dırmanmasına erkən yaşlardan marağın artması baxımından da əhəmiyyət daşıyır.
Namiq HUN