Qeyri-adi ritual: Mirra Andreyeva qələbənin sirrini açıqladı!
“Roland Qarros” turnirinin çempionu, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan rusiyalı tennisçi Mirra Andreyeva matçlardan əvvəl həyəcanla mübarizə aparmağa kömək edən qeyri-adi ritualından danışıb. O, hər dəfə kortdan əvvəl 2017-ci il Avstraliya Açıq çempionatının finalında Rocer Federer və Rafael Nadal arasında keçirilən matçın ən yaxşı epizodlarından ibarət icmalı izlədiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Tennis Channel”ın studiyasında danışıb.
Andreyeva bildirib ki, həyəcanı azaltmaq üçün həm fiziki, həm də mental hazırlığa xüsusi vaxt ayırır. O, Rocer Federerin oyun tərzindən ilhamlandığını qeyd edib:
“Rocerə baxanda mən də oyunda eyni yüngüllük hiss etmək istəyirəm. İstəyirəm ki, kənardan da kortda heç nəyin məni narahat etmədiyi görünsün. Bu, özümü lazım olan oyuna kökləmək üsullarından biridir”.
Namiq HUN