Çətin vəziyyətdən çıxış yolu: Poçettino “Yunayted”i xilas edə bilərmi?

Çətin vəziyyətdən çıxış yolu: Poçettino “Yunayted”i xilas edə bilərmi?
10.11.2026 15:45 İdman

“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədlərdən biri olan Maurisio Poçettinonun ABŞ Futbol Federasiyası ilə müqaviləsindəki təzminat məbləği 10 milyon dollar təşkil edir. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar” argentinalı mütəxəssisi təyin etmək istəsələr, məhz bu qədər ödəməli olacaqlar.

Bildirilir ki, Poçettino ilə 10 ildən artıqdır birlikdə işləyən köməkçilərindən ibarət bütün məşqçilər korpusunu dəvət etmək üçün “Mançester Yunayted” əlavə olaraq bir neçə milyon dollar da ödəməli olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” hələ ki baş məşqçi Maykl Kerriki rəsmi olaraq istefaya göndərməyib, lakin bu qərarın yaxın vaxtlarda verilməsi gözlənilir. Mövsümün ilk 10 matçında yalnız bir qələbə qazanan “Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər