Paşinyan Sinanyanı İstanbula göndərdi

Paşinyan Sinanyanı İstanbula göndərdi
10.11.2026 16:54 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Diaspora İşləri üzrə baş komissar Zare Sinanyan üçgünlük səfərlə Türkiyənin İstanbul şəhərinə gedib.

TodayPress TV xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Sinanyan erməni icmalarının, təhsil və mədəniyyət mərkəzlərinin, müxtəlif təşkilatların nümayəndələri, eləcə də Türkiyədə yaşayan erməniəsilli şəxslərlə görüşlər keçirəcək.

Görüşlərdə erməni icmaları ilə əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər