Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar yekunlaşdı

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar yekunlaşdı
10.11.2026 17:25 Dünya

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlar başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb.

Bildirilib ki, danışıqlardan əvvəl Ukrayna nümayəndə heyəti Avropa və NATO təmsilçiləri ilə görüş keçirib. Görüşə ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilirdi.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Heyətdə xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, hərbi kəşfiyyatın rəhbəri İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alıb.

ABŞ-ı danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edib.

Ukrayna nümayəndə heyətinə isə Rüstəm Umerov rəhbərlik edib. Heyətdə Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da iştirak ediblər.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər