“Sabah”ın basketbolçusu Çempionlar Liqasının tarixinə düşdü
“Sabah” basketbol klubunun üzvü Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir statistik göstəriciyə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə turnirin rəsmi saytına istinadən İdman.Biz məlumat yayıb.
Bildirilib ki, Fidler yarışda keçirdiyi ilk üç qarşılaşmanın hər birində ən azı 17 xal toplayıb və beş ribaund edib.
Çempionlar Liqasının tarixində bundan əvvəl yalnız Zak Selyaas və Cerrod Cons belə nəticə göstərib. Bununla da Frenki Fidler bu göstəriciyə nail olan üçüncü basketbolçu olub.
Qeyd edək ki, “Sabah”ın basketbolçusu turnirdəki son iki matçının hər birində beş məhsuldar ötürmə də verib.