İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO

İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış oldu - FOTO
07.11.2026 12:37 Sağlamlıq

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.

TodayPress TV xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək.

Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər