Çempionlar Liqası uğrunda böyük mübarizə: “Yuventus” heyətini yeniləyir!

Çempionlar Liqası uğrunda böyük mübarizə: “Yuventus” heyətini yeniləyir!
10.11.2026 16:05 İdman

Turinin “Yuventus” klubu qış transfer pəncərəsində üç transfer həyata keçirməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri  məlumat yayıb. 

Bildirilir ki, turinlilər gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün heyəti gücləndirmək niyyətindədirlər və hücumçu, yarımmüdafiəçi, eləcə də sol cinah müdafiəçisinin alınmasını nəzərdən keçirirlər.

Hücum xəttinə namizədlər arasında Aleksandr Syörlot (“Atletiko” Madrid), Folarin Balogun (“Monako”) və Mateo Reteqi (“Əl-Kadisiyə”) yer alırlar.

Sol cinah müdafiəçisi mövqeyi üçün “Mançester Siti”dən Rayan Ait-Nuri nəzərdən keçirilir. Yarımmüdafiə xəttində isə klubun uzun müddətdir hədəfində olan Pyer-Emil Höybyerqə (“Marsel”) qarşı maraq qorunub saxlanılır.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər