Gürcüstan 3,7 mindən çox əcnəbini ölkədən çıxarıb
Gürcüstan son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Çin, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları var.
Məlumata görə, deportasiya olunan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Rəsmi məlumatlara əsasən, cari ilin əvvəlindən ölkədən 3,7 mindən çox əcnəbi deportasiya edilib. Onların 250-dən çoxu Rusiya vətəndaşıdır.