Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
10.11.2026 16:42 Sosial

Azərbaycanda torpaqları tullantılarla zibilləndirən və çirkləndirən şəxslər minlərlə manat cərimələnə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

Məlumata görə, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarla zibilləndirilməsinə, kimyəvi maddələr və çirkab sularla çirkləndirilməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək cərimə edilə bilər.

Bundan başqa, torpaqların və meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə fiziki şəxslər 600-1 000 manat, vəzifəli şəxslər 2 000-3 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimələnə bilər.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər