Ərdoğandan Atatürk açıqlaması: Xalqla Cümhuriyyət arasında uçurum yaratdılar

Ərdoğandan Atatürk açıqlaması: Xalqla Cümhuriyyət arasında uçurum yaratdılar
10.11.2026 18:40 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün irsindən siyasi məqsədlər üçün istifadə edənləri tənqid edib.

TodayPress TV xəbər verir ki, Ərdoğan bu fikirləri Atatürkün vəfatının 88-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində səsləndirib.

O bildirib ki, Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində xalqa yuxarıdan aşağı baxıb, onun fikirlərini öz siyasi məqsədlərinə uyğun şəkildə təhrif ediblər.

“Öz xəyallarında yaratdıqları Mustafa Kamal obrazı vasitəsilə xalqla Cümhuriyyət arasında uçurum yaratdılar. Biz isə həm Cümhuriyyətin nailiyyətlərinə, həm də minillik tariximizə sahib çıxaraq bütün keçmişimizi qucaqladıq və öz irsindən imtina edənlərin açdığı yaraları sağaltmağa çalışdıq”, - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Qazi Mustafa Kamalın “kimsəsizlərin kimsəsi” adlandırdığı Cümhuriyyəti yenidən xalqla qovuşdurublar.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər