Azərbaycanlı ulduzun ABŞ sınağı: Yanvarda hər kəs bu döyüşü gözləyəcək!
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünü 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində keçirəcək.
TodayPress TV xəbər verir ki, “Agent MMA” portalı “UFC Fight Night” turnirində Fiziyevin fransalı Salahdin Parnasla qarşılaşacağını təqdim edib.
28 yaşlı Parnas əvvəllər Polşada yarım yüngül və yüngül çəkilərdə çempion olub. O, bu ilin sentyabrında UFC-də debüt edib və yeni zelandiyalı Den Hukeri texniki nokautla məğlub edib.
Fiziyev isə sonuncu döyüşünü yayda Bakıda təşkil olunan UFC turnirində keçirib. Rafael oktaqonda meksikalı Manuel Torresə nokautla qalib gəlib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin “MMA Mania” nəşri də azərbaycanlı Rafael Fiziyevi fransalı idmançı üçün mümkün rəqiblərdən biri kimi göstərib.
Namiq HUN