İki tanker Hörmüz boğazında atəşə tutuldu - SEPAH

İki tanker Hörmüz boğazında atəşə tutuldu - SEPAH
10.11.2026 16:15 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Tehran tərəfindən təsdiqlənməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edən iki tankerin göyərtəsində partlayışlar və yanğınlar baş verdiyini bəyan edib.

TodayPress TV  "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

"Hörmüz boğazından icazəsiz marşrutla hərəkət edən iki tanker dayandırılıb. Güclü partlayışlardan sonra onların göyərtəsində yanğın baş verib", - bəyanatda bildirilib.

İran hərbçilərinin iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib. Onlardan biri minaya düşərək partlayıb. İkincisi isə ABŞ qırıcılarının mühafizəsi altında boğazı keçməyə cəhd edib. İnsident boğazın cənub sahilində baş verib.


XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər