Nazir anonsu verdi: Ermənistanla sərhədi açmaq üçün hazırlıqlar tamamlanıb

Nazir anonsu verdi: Ermənistanla sərhədi açmaq üçün hazırlıqlar tamamlanıb
10.11.2026 16:32 Gündəm

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla Azərbaycan arasında yekun razılaşmanın əldə olunmasını gözlədiklərini və Türkiyənin sərhəd-keçid məntəqələrinin açılması üçün bütün hazırlıqları tamamladığını bildirib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə Antalyada keçirilən COP31 çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

Uraloğlu qeyd edib ki, Türkiyə Ermənistanın müvafiq naziri ilə təmaslarını davam etdirir. Onun sözlərinə görə, həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması istiqamətində lazımi hazırlıqlar görülüb.

Nazir vurğulayıb ki, Azərbaycan tərəfinin həssasiyyətləri də nəzərə alınmaqla qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə prosesin uzun çəkməyəcəyini düşünür.

O, sərhəd-keçid məntəqələrinin qısa zamanda açılacağına ümid etdiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər