Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı

Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı
11.08.2026 03:37 Sağlamlıq

Kardioloq Ceyms Stoun ürək sağlamlığı baxımından enerji içkilərindən uzaq durmağı tövsiyə edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, enerji içkilərində kofeinlə yanaşı taurin, quarana və digər stimullaşdırıcı maddələr də olur. Bu maddələrin birlikdə qəbulu ürək ritminin pozulmasına və ürəkdöyünmənin sürətlənməsinə səbəb ola bilər.

Stoun enerji içkilərinin əvəzinə sadə qara qəhvəyə üstünlük verməyi məsləhət görüb. O, sağlam insanlar üçün də gündəlik kofein qəbulunun 400 mq-dan çox olmamasını tövsiyə edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər