İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır

İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır
31.07.2026 04:27 Sağlamlıq

Mütəxəssislər bildirirlər ki, 36-38 dərəcə temperaturda olan termal sular əzələlərin boşalmasına, oynaq ağrılarının və spazmların azalmasına, həmçinin qan dövranının yaxşılaşmasına kömək edə bilər.

TodayPress TV xəbər verir ki, bununla yanaşı, isti termal hovuzlardan istifadə hər kəs üçün uyğun deyil. Həkimlər yüksək hərarət, aktiv iltihabi proseslər, ağır ürək çatışmazlığı, ağır hipertoniya, tez-tez astma tutmaları, böyrək və öd sancıları keçirən şəxslərə, eləcə də infarkt və ya insultdan sonrakı ilk altı ay ərzində termal sulardan uzaq durmağı tövsiyə edirlər.

Onkoloji xəstəlikləri olan şəxslərin də termal sulardan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməsi tövsiyə olunur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər