Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama

Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama
11.08.2026 07:45 Sağlamlıq

Limonlu su, xüsusilə kalsium-oksalat tipli böyrək daşlarının yaranması riskini azalda bilər. 

TodayPress TV xəbər verir ki, limonun tərkibindəki sitrat sidikdə kristalların əmələ gəlməsinin qarşısını almağa kömək edir.

Mütəxəssislər isə bildirirlər ki, əsas məsələ kifayət qədər maye qəbul etməkdir. Limonlu su böyrəkləri “toksinlərdən təmizləmir” və bütün növ böyrək daşlarının qarşısını almır.

Həddindən artıq limon şirəsi diş minasına zərər verə, ürək yanması və reflüks yarada bilər. Xroniki böyrək xəstəliyinin ağır mərhələlərində olan şəxslər isə limonlu su qəbulunu həkimlə məsləhətləşməlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər