Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı

Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı
06.08.2026 16:53 Sağlamlıq

Acı qidalar bəzi insanlar üçün sevimli olsa da, başqaları üçün ciddi narahatlıq yarada bilər.

TodayPress TV xəbər verir ki, bunu Qastroenteroloq Aleksandr Korotayev bildirib.

O, acı bibərin orqanizmə təsiri və hansı hallarda ondan imtina edilməli olduğunu izah edib.

Həkimin sözlərinə görə, bibərin yandırıcı təsiri kapsaisin maddəsi ilə bağlıdır. O bildirib ki, acılıq klassik mənada dad deyil. Çünki dildə acılığı hiss edən xüsusi dad reseptorları yoxdur. Kapsaisin ağrı, temperatur və kimyəvi qıcıqları qəbul edən TRPV1 ion kanalını aktivləşdirir. Maraqlıdır ki, orqanizmdə bu maddəni parçalayacaq ferment olmadığından kapsaisin dəyişilməmiş formada xaric edilir.

Korotayev qeyd edib ki, kapsaisinin təhlükəsiz dozası ilə bağlı tibbi ictimaiyyətdə hələ də yekdil fikir yoxdur. Laborator tədqiqatlarının nəticələrinə əsasən, aşağı dozada (təxminən 40 mq/kq) qəbul edilən kapsaisin mədə-bağırsaq sisteminə zərər vermir, əksinə bağırsaq mikrobiotasının müxtəlifliyini artırır və yağ turşularının sintezini stimullaşdıraraq artıq çəki ilə mübarizəyə kömək edə bilər.

Lakin yüksək dozada (60–80 mq/kq) qəbul edildikdə kapsaisin bağırsaqlarda güclü iltihaba səbəb ola və hətta selikli qişada yanıq yarada bilər.

Həkim xüsusilə mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə acı qidalardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, belə qidalar mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola və uzunmüddətli müalicə tələb edən fəsadlar yarada bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər