Yuxuda danışmaq nə vaxt təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ

Yuxuda danışmaq nə vaxt təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
17.09.2026 07:50 Sağlamlıq

Əksər hallarda yuxuda danışmaq tibbi müdaxilə tələb etmir, lakin bu hal fiziki hərəkətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.

TodayPress TV xəbər verir ki, bu barədə nevroloq Artem Sinitsın “Pravda.Ru”ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, yuxuda danışma yetkin yaşda qəfil başlayarsa, bu da diqqət tələb edir. Gecə qışqırmaq bəzi nevroloji problemlərin və irsi xəstəliklərin əlaməti ola bilər.

Həkim qeyd edib ki, yuxuda danışarkən əl-qol hərəkətləri, ayağa qalxmağa və ya vurmağa cəhd kimi davranışlar müşahidə edilirsə, nevroloqa müraciət edilməlidir. Yaşlı insanlarda bu əlamətlər neyrodegenerativ xəstəliklərin inkişaf riski ilə əlaqəli ola bilər.

Yuxuda danışma güclü xoruldama və ya nəfəsin dayanması ilə müşayiət olunursa, bu, yuxu apnesinə işarə edə bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər