Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir?

Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir?
11.08.2026 16:41 Sağlamlıq

Yayın sevilən meyvələri olan qarpız və qovun hər kəs üçün uyğun olmaya bilər.

TodayPress TV xəbər verir ki, mütəxəssislər bəzi sağlamlıq problemləri olan insanların bu məhsullardan istifadə zamanı ehtiyatlı olmasını tövsiyə edirlər.

Mədə xorası, qastrit, pankreatit və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən şəxslərə qarpız və qovundan uzaq durmaq məsləhət görülür. Diabeti olan insanlar da bu meyvələri qəbul edərkən porsiya ölçüsünə xüsusi diqqət yetirməlidirlər.

Sağlam yetkinlər üçün isə əsas tövsiyə mülayimliyə riayət etməkdir. Gün ərzində 300–500 qramdan çox qarpız və 250–600 qramdan çox qovun yeməmək məsləhət görülür. Bir porsiyanın qarpız üçün 200–400 qram, qovun üçün isə 200–300 qram olması daha məqsədəuyğun hesab edilir.

Qovunun həddindən artıq istehlakı da xoşagəlməz hallara səbəb ola bilər. Tərkibindəki yüksək miqdarda maye və lif bəzi insanlarda şişkinlik, qaz və ishal yarada bilər.

Mütəxəssislər xüsusilə həzm sistemi ilə bağlı problemi olan şəxslərə yay meyvələrini rasiona daxil etməzdən əvvəl fərdi sağlamlıq vəziyyətlərini nəzərə almağı tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər