Payızda allergiyaya səbəb olan əsas amillər AÇIQLANDI

Payızda allergiyaya səbəb olan əsas amillər AÇIQLANDI
19.09.2026 07:50 Sağlamlıq

Payız aylarında allergik reaksiyalara səbəb olan əsas amillərdən biri ev tozu gənələri və kif göbələklərinin sporlarıdır.

TodayPress TV xəbər verir ki, bunu allerqoloq-immunoloq Oksana Şabalina “Moskva 24”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, oktyabr ayına qədər alaq otlarının tozlanması polinozdan əziyyət çəkən insanlarda allergik reaksiyalara səbəb ola bilər. Soyuq və rütubətli havalarda isə havadakı tozcuqların miqdarı azalır.

Həkim qeyd edib ki, tökülmüş yarpaqlarda kif göbələklərinin sporları da aktiv şəkildə artır. Eyni zamanda, havaların soyuması ilə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və evlərin daha az havalandırılması ev tozu gənələrinin təsirini artırır.

Mütəxəssis allergiya riskini azaltmaq üçün evdə havanın rütubətini təxminən 50 faiz səviyyəsində saxlamağı, mütəmadi nəm təmizlik aparmağı, xalça, örtük və dekorativ yastıqların sayını azaltmağı tövsiyə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər