Mədəniz yanırsa, səbəb bunlardan biri ola bilər – Həkim AÇIQLADI

Mədəniz yanırsa, səbəb bunlardan biri ola bilər – Həkim AÇIQLADI
11.09.2026 07:50 Sağlamlıq

Ağır qidaların bir-biri ilə birləşdirilməsi, spirtli içkilər, həddindən artıq yemək və stress mədə yanmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə həkim-qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya “Radio 1”ə müsahibəsində bildirib.

“Mədə yanmasına nəyin səbəb olduğunu anlamaq üçün qida gündəliyi aparmaq lazımdır: vərəqi iki hissəyə bölüb, bir tərəfdə nə yediyinizi və saat neçədə yediyinizi, digər sütunda isə həmin qidadan sonra yaranan hissləri qeyd etmək lazımdır. Daha sonra bunları müqayisə edərək narahatlığa səbəb olan qidaları müəyyənləşdirmək olar”, – deyə mütəxəssis məsləhət görüb.

O xəbərdarlıq edib ki, mədə yanması mütəmadi olaraq narahat edirsə, mütləq mütəxəssisə müraciət etmək vacibdir. Çünki bu əlamət ciddi xəstəliyin göstəricisi ola bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər