Bunu öyrənərək yanınızdakı insanı xilas edin
Qəfil ürək dayanması xəbərdarlıq etmədən baş verə bilən ən təhlükəli tibbi hallardan biridir. Belə vəziyyətdə insanın həyatını xilas edən əsas amil təcili yardımın gəlməsindən əvvəl göstərilən ilk yardımdır. Bu yardımın ən vacib hissəsi isə CPR – ürək-ağciyər reanimasiyasıdır.
TodayPress TV xəbər verir ki, CPR ürəyi dayanmış şəxsin döş qəfəsinə ritmik təzyiqlər etməklə qan dövranını müvəqqəti olaraq bərpa etməyə kömək edir. Məqsəd beyinə və digər həyati orqanlara oksigen çatdırılmasını təmin etməkdir.
Mütəxəssislərin məlumatlarına görə, ürək dayandıqdan sonra hər keçən dəqiqə insanın sağ qalma şansını azaldır. Buna görə də hadisə yerində olan şəxslərin CPR bilməsi həyati əhəmiyyət daşıyır.
Lakin bir çox insan CPR etməyi bilmədiyi və ya səhv etməkdən qorxduğu üçün müdaxilə etmir. Halbuki ilk yardım üzrə beynəlxalq tövsiyələrə görə, peşəkar yardım gələnə qədər göstərilən CPR insanın yaşamaq ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər.
Bu vəziyyət CPR təlimlərinin məktəblərdə, universitetlərdə və iş yerlərində daha geniş şəkildə keçirilməsinin vacibliyini gündəmə gətirir.
Xanım Musayeva