“Üşüdük” deyib sürüşkəni yandırdılar – Türkiyədə qəribə hadisə
Türkiyənin Zonguldak vilayətində üşüdüklərini deyən üç uşaq parkdakı sürüşkəni yandırıb.
TodayPress TV xəbər verir ki, hadisə Bağlık məhəlləsi Sakindere küçəsində baş verib.
Əldə edilən məlumata görə, uşaq parkında yanğın olduğunu görən sakinlər bu barədə yanğınsöndürmə xidmətinə məlumat veriblər.
Hadisə yerinə qısa müddətdə gələn qruplar alovlara müdaxilə edərək yanğını nəzarət altına alıblar. Soyutma işlərindən sonra qruplar ərazini tərk edib.
Bundan əlavə, bir binadan mobil telefon kamerası ilə çəkilən görüntülərdə hadisənin əvvəlində bəzi uşaqların sürüşkəni yandırdığı görülüb. Alovun böyüməsindən sonra uşaqların hadisə yerindən uzaqlaşdığı anlar da görüntülərə düşüb. Polis əməkdaşlarının apardığı araşdırma zamanı yaşı 10-12 arasında dəyişən üç uşağın sürüşkəni “üşüdükləri” üçün yandırdığı iddia edilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Aysel Mətləb