Basketbol Liqasında böyük hesablı qələbə - Lider bəlli oldu
Azərbaycan Basketbol Liqasında (ABL) dördüncü turun qarşılaşmaları başa çatıb.
TodayPress TV xəbər verir ki, Bakı İdman Sarayında keçirilən son iki görüşdə “Neftçi” “Gəncə”ni, “LANDAU Lions” isə “Sumqayıt”ı məğlub edib.
Turun son matçında “LANDAU Lions” “Sumqayıt”la üz-üzə gəlib. Bakı təmsilçisi rəqibinə 96:67 hesabı ilə qalib gələrək 29 xal fərqi ilə üstünlük əldə edib.
Günün ilk qarşılaşmasında isə “Neftçi” “Gəncə” üzərində 96:94 hesablı qələbə qazanıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə paytaxt təmsilçisinin ən məhsuldar basketbolçusu 30 xal toplayan Şakael Prays olub.
Dördüncü turdan sonra liderlik "Neftçi"dədir. Üç oyundan üç qələbə ilə altı xal toplayan komanda top fərqinə görə turnir cədvəlinə başçılıq edir. Eyni nəticəyə malik "Naxçıvan" ikinci pillədə qərarlaşıb.