Maskın “Starlink”inə od vurdular - İki nəfər saxlanıldı

Maskın “Starlink”inə od vurdular - İki nəfər saxlanıldı
25.10.2026 22:40 Dünya

Bolqarıstanda “Starlink” antenlərinin yandırılması ilə bağlı iki Almaniya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

TodayPress TV Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, şübhəlilər İslam Z. və Beytulla T. adlı iki gəncdir.

Məlumata görə, onlar oktyabrın 9-da axşam saatlarında Bolqarıstanın paytaxtı Sofiyanın cənubunda yerləşən obyektdə səkkiz “Starlink” antenini yandırmaqda şübhəli bilinirlər.

İddia olunur ki, hadisədən əvvəl şübhəlilər Almaniya dövlət nömrə nişanlı avtomobillə Serbiyadan Bolqarıstana daxil olublar.

Ümumilikdə obyektdə 18 anten yerləşib. Yanğın nəticəsində onlardan üçü tamamilə yanıb, daha beşi isə müxtəlif dərəcəli zərər görüb.

Hadisədən sonra İslam Z. və Beytulla T. barəsində beynəlxalq axtarış elan edilib. Onlar Almaniyanın Duysburq şəhərində saxlanılıb və artıq məhkəmə qarşısına çıxarılıblar.

Bildirilir ki, şübhəliləri 3 ildən 12 ilədək həbs cəzası gözləyə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər