“İsraildən yalnız kül qalacaq” - Netanyahudan qorxunc XƏBƏRDARLIQ

“İsraildən yalnız kül qalacaq” - Netanyahudan qorxunc XƏBƏRDARLIQ
25.10.2026 18:47 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin seçkilərdə məğlub olmasının və İranın nüvə silahı əldə etməsinin ölkə üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu vəziyyətin “ikinci Holokost”a gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Baş nazir rəsmi səhifəsində böyük şəhər üzərində nüvə partlayışını əks etdirən görüntü paylaşaraq İran təhlükəsinin İsrailin mövcudluğu üçün ən ciddi təhdid olduğunu vurğulayıb.

Netanyahunun fikrincə, ölkə daxilində davam edən siyasi mübahisələr, o cümlədən Qətərin rolu ilə bağlı qalmaqallar, ultraortodoksal icmanın statusu və dindar gənclərin hərbi xidmətə çağırılması ətrafındakı fikir ayrılıqları cəmiyyətin diqqətini əsas təhlükədən yayındırır.

Baş nazir bu mübahisələri milli təhlükəsizlik üçün əsas təhdidi kölgədə qoyan “tüstü pərdəsi” adlandırıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər