Ukraynada dəhşətli gecə: 11 yaşlı uşaq da yaralandı
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, yaralılar arasında 11 yaşlı qız uşağı da var.
Məlumata görə, Rusiya qüvvələri axşam saatlarından səhərədək vilayətin üç rayonuna 20 dəfədən çox hücum edib.
Sinelnikovo rayonunda yaşayış evlərinə, mağazalara və avtomobillərə ziyan dəyib. Nikopol rayonunda bir kişi yaralanıb, fərdi yaşayış evi zədələnib. Dnepr şəhərində isə hücum nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumlar nəticəsində baş verən bütün yanğınlar söndürülüb.
Kübra Musayeva