Premyer Liqa: “Sabah” və “Qarabağ” heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
TodayPress TV xəbər verir ki, turun bağlanış oyununda "Sabah" öz meydanında "Qarabağ"ı qəbul edib. Başabaş mübarizədə keçən mərkəzi matç qolsuz bərabərliklə başa çatdı.
Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.
Günün ilk matçında "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"a, "Kəpəz" "Şəfa"ya 2:1, "Zirə" "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.