İranın əlində dünyanı sarsıdacaq güc var? Obamadan AÇIQLAMA

İranın əlində dünyanı sarsıdacaq güc var? Obamadan AÇIQLAMA
25.10.2026 23:03 Dünya

ABŞ-nin sabiq prezidenti Barak Obama İranın Hörmüz boğazı üzərində faktiki veto imkanına malik olduğunu və ölkənin strateji mövqeyinin gücləndiyini bildirib.

TodayPress TV xəbər verir ki, Obama seçicilər qarşısında çıxışı zamanı İranın regiondakı mövqeyini qiymətləndirib.

“Hörmüz boğazı vasitəsilə neft dünya bazarlarına daşınır. Hazırda İran bu boğazla bağlı faktiki veto hüququna malikdir”, – deyə sabiq prezident vurğulayıb.

Obamanın sözlərinə görə, yaranmış vəziyyət İranın strateji üstünlüyünü artırıb.

“Beləliklə, İran hazırda müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə daha əlverişli strateji mövqedədir”, – deyə o bildirib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft daşımalarının əsas marşrutlarından biridir və burada yaranan gərginlik dünya enerji bazarlarına ciddi təsir göstərə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər