“Neftçi” qələbəni son anda əldən vermədi

“Neftçi” qələbəni son anda əldən vermədi
25.10.2026 17:41 İdman

Azərbaycan Basketbol Liqasının dördüncü turunda “Neftçi” komandası “Gəncə” üzərində çətin qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, komandalar arasında keçirilən qarşılaşma paytaxt təmsilçisinin 96:94 hesablı üstünlüyü ilə yekunlaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə qalib cəmi iki xal fərqi ilə müəyyənləşib.

Turun son oyununda “LANDAU Lions” və “Sumqayıt” komandaları görüşəcəklər. Matçın start fiti bu gün saat 18:00-da səslənəcək.

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər