ABŞ İrana qarşı böyük hücuma hazırlaşır
ABŞ İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri İran yaxınlığında yerləşən hərbi gəmilərə bunkerləri dağıtmaq üçün nəzərdə tutulan bombalar və raketlər yükləyirlər.
Bildirilir ki, bu hazırlıqlar İrana qarşı mümkün yeni genişmiqyaslı zərbə endirilməsi ilə əlaqədardır.
WSJ-nin məlumatına görə, hərbi texnika və sursatlar Ərəbistan dənizində yerləşən “USS George Washington” aviadaşıyıcısına çatdırılıb. ABŞ rəsmiləri yaxın həftələrdə mümkün hərbi əməliyyatlara hazırlıq görüldüyünü bildiriblər. Bununla belə, yeni hücumla bağlı hələ yekun qərar qəbul edilməyib.
Kübra Musayeva