Azərbaycan - Avstraliya: Millimiz məğlub oldu - YENİLƏNDİ
Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsindəki Azərbaycan – Avstraliya qarşılaşması başa çatıb.
TodayPress TV-nin məlumatına görə, gərgin mübarizə şəraitində keçən matçda yığmamız rəqib müdafiəsini yararaq qol vurmağa nail olub. Millimiz Avstraliya qapısına ilk topu keçirərək hesabdakı fərqi azaldıb.
Qarşılaşma Avstraliya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yekun hesab: Azərbaycan 1 – 3 Avstraliya.
***
Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsindəki Azərbaycan – Avstraliya qarşılaşmasında azarkeşlərimizi sevindirən an yaşanıb.
TodayPress TV-nin məlumatına görə, gərgin mübarizə şəraitində keçən matçda yığmamız nəhayət rəqib müdafiəsini yararaq qol vurmağa nail olub. Millimiz Avstraliya qapısına ilk topu keçirərək hesabdakı fərqi azaldıb.
Hesab:Azərbaycan 1 – 3 Avstraliya
***
Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsindəki Azərbaycan – Avstraliya qarşılaşmasında ürəkaçan olmayan anlar yaşanır.
TodayPress TV-nin məlumatına görə, gərgin mübarizə şəraitində keçən matçda təəssüf ki, rəqib komanda üstünlüyünü daha da artırıb. Avstraliya yığması qapımıza üçüncü qolu vuraraq hesabı 0:3 edib. Millimiz çətin vəziyyətdə qalsa da, oyun davam edir.
Hesab: Azərbaycan 0 – 3 Avstraliya
***
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksində keçirilən Azərbaycan – Avstraliya matçında rəqib fərqi artırıb.
TodayPress TV xəbər verir ki, Avstraliya milli komandası millimizin qapısına ikinci qolu vuraraq hesabı 2:0 edib. Hazırda rəqib komanda matçda üstünlüyü əlində saxlayır.
Hesab:Azərbaycan 0 – 2 Avstraliya
Jalə Rövşən
***
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində Hövsan Yarış Kompleksində Azərbaycan və Avstraliya milli komandaları üz-üzə gəlib.
TodayPress TV xəbər verir ki, qarşılaşmanın ilk hissəsində təşəbbüsü ələ alan Avstraliya seçməsi millimizin qapısından 1 cavabsız top keçirib.
Bununla da rəqib komanda matçda hesabı açaraq 1:0 hesabı ilə önə keçib.
Hələlik qarşılaşmada Avstraliya yığmasının minimal üstünlüyü davam edir (0:1)
Jalə Rövşən