Polşada Azərbaycan klubu üçün həlledici mübarizə başlayır

Polşada Azərbaycan klubu üçün həlledici mübarizə başlayır
25.10.2026 16:22 İdman

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq üçün Polşaya səfər edib.

TodayPress TV xəbər verir ki, baş məşqçi Fərid Ələkbərov turnir üçün UEFA-ya 14 futzalçıdan ibarət iştirak ərizəsi təqdim edib. Heyətdə yalnız bir legioner - İaqo Henrique yer alıb.  Digər 13 oyunçu isə yerli futzalçılardır.

Qeyd edək ki, V qrupunda mübarizə aparacaq “Araz-Naxçıvan” ilk görüşü oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək.

Təmsilçimiz oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək. Qrupdakı son qarşılaşma isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı olacaq.

V qrupunun bütün oyunları Qlivise şəhərində yerləşən “Prezero Arena”da keçiriləcək.

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər