Putin nədən qorxur? - İqamətgahı qalaya çevrilir - FOTO

Putin nədən qorxur? - İqamətgahı qalaya çevrilir - FOTO
25.10.2026 21:50 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında daha 16 hava hücumundan müdafiə (HHM) qülləsi inşa edilib. Bununla da ərazidə HHM mövqelərinin sayı 50-ni ötüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Radio Svoboda” nəşri və OSINT analitiki jembobineuse peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.

Araşdırma zamanı iqamətgahdan 50 kilometr radiusda 15-dən çox yeni HHM qülləsi aşkarlanıb. Onlar əsasən iqamətgahın cənubunda, Ukrayna istiqamətində yerləşir. Qüllələrin “Pantsir” və ya “Tor” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulduğu ehtimal edilir.

Yeni mövqelərin bir hissəsi Putinin mütəmadi istifadə etdiyi Xotilovo aviabazasının yaxınlığında, digərləri isə Vışnevolotsk su anbarındakı Lisiy adası ətrafında yerləşir. Adada Rusiyanın bioloji silah proqramı ilə əlaqəli olduğu ehtimal edilən məxfi laboratoriya kompleksinin yerləşdiyi bildirilir.

Müqayisə üçün, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Moskva və Moskva vilayətində təxminən iki dəfə çox HHM mövqeyi yaradılıb. Həmin ərazidə 20 milyondan çox insan yaşadığı halda, Valdaydan 50 kilometr radiusda əhalinin sayı 100 mindən azdır.

Kübra Musayeva


XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər