Ukrayna hərbi texnologiyalarını qonşusu ilə bölüşəcək
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, sənəd iki ölkə arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı üçün hüquqi baza yaradacaq.
Moldovanın müdafiə naziri Anatoli Nosatının sözlərinə görə, Kiyev və Kişineu arasında texnologiyaların ötürülməsi məsələsi də müzakirə olunacaq.
Nazir Ukraynanı radioelektron mübarizə və hava hücumundan müdafiə sahəsində ən qabaqcıl ölkələrdən biri adlandırıb.
Kübra Musayeva