Telefon oğurladı, sahiblərinin adına kredit götürdü – 47 min avroluq fırıldaq

Telefon oğurladı, sahiblərinin adına kredit götürdü – 47 min avroluq fırıldaq
21.10.2026 06:10 Maraqlı

İspaniyada bir qadın bazarda insanların telefonlarını və pul kisələrini oğurlayaraq onların adından qanunsuz kreditlər rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, şübhəli qadın qurbanlarının pul kisələrini və mobil telefonlarını hiss etdirmədən götürüb. Daha sonra onların şəxsi məlumatlarından və bank kartlarından istifadə edərək bank tətbiqlərinə daxil olub.

O, həmin tətbiqlər vasitəsilə pul köçürmələri edib, alış-verişə ödəniş edib, bankomatlardan nağd pul çıxarıb və telefon sahiblərinin adından qanunsuz kreditlər rəsmiləşdirib.

Qadın Pontevedra əyalətinin Kanqas şəhərindəki kafelərdən birində çanta oğurlamağa cəhd edərkən yaxalanıb. İfşa olunduğunu görən şübhəli iki Peru vətəndaşı olan kişi ilə birlikdə avtomobillə hadisə yerindən qaçıb. Lakin polis onları saxlamağa nail olub.

Yoxlama zamanı qadının oxşar cinayətlərə görə artıq istintaq altında olduğu məlum olub. Hazırda onun cinayət fəaliyyətinin üç epizodu sübuta yetirilib. Ümumi zərərin 47 min avrodan çox olduğu bildirilir.

Qadın sərbəst buraxılsa da, barəsində istintaq davam edir. O, məhkəmənin çağırışı ilə gəlməyə borcludur.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər