Netanyahuya bu sualları vermək istədilər - Müsahibə dərhal ləğv olundu

Netanyahuya bu sualları vermək istədilər - Müsahibə dərhal ləğv olundu
25.10.2026 22:18 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ilə planlaşdırılan müsahibə 7 oktyabr hadisələrinə dair sualların çıxarılması tələbi səbəbindən ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Ynet” nəşri Tel-Əviv Universitetinin Tələbə Assosiasiyasının sədri Qal Şinotara istinadən məlumat yayıb.

Şinotarın sözlərinə görə, Netanyahunun müşaviri Topaz Luk və seçki kampaniyasının rəhbəri Tsvika Brot əvvəlcədən təqdim edilən suallar siyahısından 7 oktyabr faciəsi və hadisələrin araşdırılması üçün dövlət komissiyasının yaradılması ilə bağlı mövzuları çıxarıblar.

Seçki qərargahının nümayəndələri həmin sualların “kampaniyanın maraqlarına xidmət etmədiyini” bildiriblər.

Suallar siyahısına dəyişiklik edilən vaxt Netanyahu fəallarla stolüstü tennis oynadığı seçkiqabağı təşviqat videosuna çəkilirmiş.

Şinotarın məhdudlaşdırılmış suallar əsasında müsahibə aparmaqdan imtina etməsindən sonra çəkiliş ləğv olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər