Altı yaşlı uşaq adi daşın altından 500 milyon illik sirr tapdı

Altı yaşlı uşaq adi daşın altından 500 milyon illik sirr tapdı
21.10.2026 07:50 Maraqlı

ABŞ-nin Nebraska ştatında 6 yaşlı Leo Yanqdal parkda gəzərkən təxminən 500 milyon il əvvəl yaşamış qədim dəniz heyvanının fosilini aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə Nebraska Ovçuluq və Parklar Komissiyası məlumat yayıb.

Məktəblinin sözlərinə görə, o, iri bir daş görüb və onun altında sevimli fosillərindən biri olan dəniz zanbaqlarını tapacağına ümid edib. Lakin Leo daşın altında meduzaya bənzəyən, tərsinə çevrilmiş piramidanı xatırladan canlının izini aşkar edib.

Tapıntının fotosu geoloqlara, o cümlədən paleontoloq Şeyn Takerə göndərilib. Mütəxəssislər əhəngdaşı üzərindəki fərqli, şam ağacını xatırladan izə əsasən onun təxminən 500 milyon il əvvəl yaşamış konulyariyanın fosili olduğunu müəyyən ediblər.

Konulyariyaların yumşaq bədənləri və nazik skeletləri adətən sürətlə parçalandığından onların fosillərinə olduqca nadir hallarda rast gəlinir.

Mütəxəssislər bildiriblər ki, Leonun çoxsaylı daşların arasından məhz bu nümunəni seçməsi, onun fosil olduğunu anlaması və mütəxəssislərə müraciət etməsi təəccüblüdür.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər