Vuçiçin anası bazardan qayıdarkən hücuma məruz qaldı
Serbiyanın paytaxtı Belqradda ölkə Prezidenti Aleksandar Vuçiçin anası Angelina Vuçiçə hücum edildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə hakim Serbiya Tərəqqi Partiyası məlumat yayıb.
Partiyanın məlumatına görə, bir neçə gənc Kaleniç bazarından qayıdan Angelina Vuçiçi itələyib, ona qışqırıb və əlindəki ərzaq torbalarını cırıb.
Hadisədən sonra qadın polisə müraciət edib.
İnsident Serbiyada növbədənkənar parlament seçkiləri fonunda baş verib. Seçkilərdə Vuçiçin rəhbərlik etdiyi siyasi qüvvə ilə ona qarşı çıxan “Tələbə siyahısı” hərəkatı mübarizə aparır.
Qeyd edək ki, hücumla bağlı məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Kübra Musayeva