Mask: “Onlar insanlığın tör-töküntüləridir”
İlon Mask Ukraynada müharibənin davam etməsini istəyənləri sərt ifadələrlə tənqid edib.
TodayPress TV xəbər verir ki, amerikalı milyarder bu barədə MAGA hərəkatı tərəfdarlarının 50 faizinin Ukraynaya, cəmi 5 faizinin isə Rusiyaya rəğbət bəslədiyini göstərən paylaşıma münasibət bildirərkən danışıb.
Mask paylaşım müəlliflərindən birinə cavabında ABŞ-nin siyasətinin Ukrayna xalqının maraqlarını qorumağa yönəldiyini vurğulayıb.
“Bu adam o qədər axmaqdır ki, siyasətimizin Ukrayna xalqının maraqlarını müdafiə etməyə yönəldiyini belə anlamır. Belə alçaqlar sonuncu ukraynalı kişi haradasa səngərdə ölənə qədər müharibənin davam etməsini istəyirlər. Onlar insanlığın ən iyrənc tör-töküntüləridir”, – deyə Mask bildirib.
Milyarder müharibənin uzanmasını dəstəkləyən şəxsləri kəskin ifadələrlə ittiham edib.
Kübra Musayeva