Müharibədən sonra ilk dəfə: Rusiyada tarixi qərar verildi
Rusiyada Ukraynaya qarşı müharibənin başlanmasından bəri ilk dəfə olimpiya idman növü üzrə dünya çempionatı təşkil olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.
Bildirilib ki, ağır atletika üzrə dünya çempionatı 2030-cu ildə Moskvada keçiriləcək.
Fransanın “Le Monde” nəşri bu qərarı Rusiya idmanının beynəlxalq təcriddən çıxması istiqamətində növbəti addım kimi qiymətləndirib.
Nəşrin məlumatına görə, may ayında Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin fəaliyyətinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb.
Ardınca iyulun 7-də rusiyalı idmançılara qoyulan məhdudiyyətlər də yumşaldılıb. Bununla da onların komanda idman növlərinə və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat yarışlarına qayıtmasına imkan yaradılıb.
Bununla belə, Rusiya bayrağı və himninin beynəlxalq yarışlara qaytarılması məsələsi hələ də açıq qalır.
Kübra Musayeva