Eldəniz Əzizli beşqat dünya çempionu oldu

Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 17:55 İdman

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

Həmçinin bu gün Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Qeyd edək ki, Eldəniz Əzizli yarımfinalda 2025-ci ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

34 yaşlı idmançımız daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub. Astanada qazandığı beşinci qızıl medalla Eldəniz Əzizli dünya çempionatlarında ən çox qızıl medal əldə edən Azərbaycan güləşçisi kimi rekordunu yeniləyib.

FOTOLAR

Eldəniz Əzizli beşqat dünya çempionu oldu — 1
Eldəniz Əzizli beşqat dünya çempionu oldu — 2
Eldəniz Əzizli beşqat dünya çempionu oldu — 3
Eldəniz Əzizli beşqat dünya çempionu oldu — 4
XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər